top of page

“Tottenhem”in müdafiəçisi “Roma”nın hədəfində

“Tottenhem”in müdafiəçisi Erik Dayer karyerasını İtaliyada davam etdirə bilər.


90plus.az “Tuttosport”a istinadən xəbər verir ki, “Roma” qışda ingilis futbolçunu icarəyə götürə, ya da hazırkı klubu ilə müqaviləsi başa çatmaq üzrə olan oyunçunu transfer edə bilər.


Romalıların baş məşqçisi Joze Mourinyo Dayeri komandasında görmək istəyir.


Futbolçunun londonlularla müqaviləsi mövsümün sonunda başa çatacaq.


29 yaşlı futbolçu “Sportinq”də oynadıqdan sonra 2014-cü ildə “Tottenhem”ə keçib. O, 2015-ci ildən İngiltərə millisinin üzvüdür.



0 comments

Commentaires


bottom of page