top of page

Tovuz klubu Naxçıvan klubuna böyük hesabla qalib gəldi!


Futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunda ötən gündən təxirə salınmış matçda "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gəlib.


90plus.az xəbər verir ki, oyun Tovuz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Saat 12:00-da başlayan görüş 81-ci dəqiqədən davam edib. 89-cu dəqiqədə isə Ayxan Quseynov fərqlənib.

Meydan sahibləri bu nəticədən sonra xallarının sayını 22-yə çatdırıb və "Sabah"la birlikdə 6-7-ci yerləri bölüşdürür. Naxçıvan klubu 26 xalla beşincidir.

Qeyd edək ki, matç ötən gün işıq dirəklərindən birinin aşması nəticəsində təxirə salınmışdı.

0 comments

Comments


bottom of page