top of page

“Traktor Təbriz”ə hücum edib döydülər


Təbrizin "Traktor" komandası hücuma məruz qalıb, üzvləri döyülüb.

90plus.az yerli mediaya istinadən xəbər verir ki, hadisə İranın Kirmanşah şəhərindəki stadionda baş verib.

Təxminən 12 nəfərin oyunçulara hücum etdiyi bildirilib.

Həmin şəxslər komanda üzvlərini döydükdən sonra şəxsi əşyaları, forma və ayaqqabıları oğurlayaraq qaçıblar.

Nəticədə 4 oyunçu xəstəxanaya yerləşdirilib.

0 comments
bottom of page