top of page

"Turan Tovuz"dan ilk transfer




Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" ilk transferlərini gerçəkləşdirib.


90plus.az xəbər verir ki, Tovuz təmsilçisi qapıçı Kamal Bayramov və müdafiəçi Şəhriyar Əliyevi heyətinə qatıb.


Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.


Qeyd edək ki, Kamal Bayramovla Şəhriyar Əliyevin son klubu "Şamaxı" olub.




0 comments
bottom of page