top of page

“Turan Tovuz” Qəbələ klubuna qalib gələ bilmədi!


Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulacaq.


90plus.az xəbər verir ki, 3-cü oyun günü üçün nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. "Turan Tovuz" "Qəbələ"ni qəbul edib. Meydan sahibi komanda 2 top fərqi ilə irəlidə olsa da, hesabda üstünlüyü sonadək qoruyub saxlaya bilməyib. “Qəbələ” 2 qol vuraraq rəqib meydanında 1 xal qazanmağı bacarıb.

Turun maraqla gözlənilən oyununda son çempion "Qarabağ" öz meydanında ötən mövsümün 2-cisi olan "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 19:30-da start götürəcək.

Qeyd edək ki, turun ilk 3 oyunu 15 və 16 sentyabr tarixlərində keçirilib.

17 sentyabr (bazar)

16:30. “Turan Tovuz” – “Qəbələ” - 2:2 

Qollar: Fərid Nəbiyev, 56 (1:0), Belajdi Pusi, 59 (2:0), Osama Xalayla, 72 (2:1), 78-pen. (2:2)

Qırmızı vərəqə: Xəqani Məmmədov, 30  ("Qəbələ", məşqçi)Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin ƏliyevTovuz şəhər stadionu

19:30. “Qarabağ” – “Sabah”Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad ƏhmədovTofiq Bəhramov adına Respublika Stadionu

15 sentyabr (cümə)

17:00. “Zirə” – “Sumqayıt” - 1:0 

16 sentyabr (şənbə)

“Kəpəz” – “Səbail” - 0:3 

“Araz-Naxçıvan” – “Neftçi” - 1:0

0 comments

Comments


bottom of page