top of page

“Turan Tovuz”un qapıçısı: “Sıxıb saxlayırlar ki, uduzaq istefa qışqırsınlar”


”Turan Tovuz”un qapıçısı Kamal Bayramov azarkeşlərə səslənərək onları komanda ətrafında birləşməyə dəvət edib.


90plus.az xəbər verir ki, Bayramov “Zirə” ilə oyundan sonra “İstefa!” şüarları səsləndirən Tovuz azarkeşlərinə üzünü tutub:


“Biz keçən il burada ac-susuz qalanda, yemək tapmayanda, Gürcüstanda 1 formanı 4 futbolçuya verib şəkil çəkdirəndə istefa deyən adamlar harada idi?


Hər oyunda bizim uduzmağımızı gözləyib istefa qışqıranlar var. Ardıcıl neçə oyun məğlub olmadıq. Sıxıb saxlayırlar ki, uduzaq və bunlar istefa qışqırsın.


50 qram araq vurur, kefi kök, oğluna alacağı sinikersin də pulunu aparır "topaz"da "Turan"ın qələbəsini yazır. Biz də futbolçuyuq. Uduzmaq da olacaq. Belə olanda başlayır istefa deməyə, təhqir etməyə. Cavabını verəndə deyir ki, bizi təhqir edirsən.


Azarkeş tənqid edə bilər, təhqir yox. Sahəsindən, kimliyindən asılı olmayaraq təhqir etmək olmaz. Biz böyümək üçün bu şeylərdən də keçəcəyik. Amma Tovuz futbolunun inkişafını istəyiriksə, birinci tribunadan başlamalıyıq. Bu işləri görən 4-5 nəfər kiminsə əlaltısıdır".


VİDEO


Qeyd: “Turan Tovuz” son oyunda “Zirə” ilə oyundan 1:2 məğlub ayrılıb. Turnir cədvəlində 6-cı yerdədir.



0 comments
bottom of page