top of page

Türkiyə 1-ci liqası: Bizimkilərin klublarının hamısı eyni gündə oynadılar

Updated: May 6


Bu gün Türkiyə 1-ci Liqasında 33-cü turunda azərbaycanlı futbolçuların çıxış etdiyi klubların hamısı oyuna çıxıb.


90plus.az xəbər verir ki, onlardan meydanda ən çox vaxt keçirəni Ramil Şeydayev olub - 45 dəqiqə. Amma Ramilin komandası 3 cavabsız qolla uduzub:


Bodrum 3-0 Kocaelispor 

(2-ci: Ramil Şeydayevin komandası)

Ramil 45 dəqiqə meydanda oldu!


Özer 3'

Yalçın 39'

Mohammed 66'


Digər oyunların nəticəsi isə belə olub:


Sakaryaspor 0-1 Tuzlaspor

(2-ci: Bəxtiyar Həsənalızadənin komandası)

Bəxtiyar 10 dəqiqə meydanda oldu!


Mamba 57'


Vacib qələbə qazanan “Tuzlaspor” sona 1 tur qalmış təhlükəli zonadan qurtulub.


Manisa 1-0 Boluspor 

(1-ci: Sertan Taşkının, 2-ci: Vüsal İsgəndərlinin komandası)

Sertan 10 dəqiqə meydanda oldu, Vüsal meydana daxil olmadı!


Lima 4'

Ümraniyespor 2-0 Erzurum

(1-ci: Coşqun Diniyevin komandası)

Coşqun 5 dəqiqə meydanda oldu!


Demir 55'

Nas 89'


Qeyd: Türkiyə 1-ci liqasında turnir cədvəlində azərbaycanlı futbolçuların oynadığı klubların mövqeyi belədir:


6. Kocaelispor

9. Boluspor

11. Manisa

12. Ümraniyespor

14. Tuzlaspor




0 comments
bottom of page