top of page

Türkiyə klubu İsko ilə danışıqlar aparır

Super Liqa komandalarından "Konyaspor" bir müddət "Real Madrid"də də çıxış edən ulduz futbolçu İskonu heyətinə qatmaq istəyir.


90plus.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, hazırda azad agent olan ispan futbolçunun atası Pako Alarkon bir çox klublarla danışıqlar aparır. Həmin klublardan biri də “Konyaspor”dur.


Bu barədə “Radyospor”a danışan “Konyaspor”un sədr müavini Mehmet Akcan İsko ilə danışıqlar apardıqlarını təsdiqləyib:


“Doğrudur, İsko ilə görüşürük.

Transferi başa çatdırmaq üçün əlimizdən gələni edirik. Əlli faiz şansımız var”.



0 comments
bottom of page