top of page

Türkiyə klubunda məşqçi təyinatı baş tutub!


Türkiyənin “Altay” klubunun yeni baş məşqçisi müəyyənləşib.

90plus.az xəbər verir ki, Superliqa təmsilçisini Sərkan Özbalta çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni çalışdırıcı ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.


Sərkan Özbalta təyinatından 2 həftə sonra istefaya göndərilmiş Mərt Nobreni əvəz edib. Qeyd edək ki, “Altay” bu mövsüm Superliqada 23 oyuna topladığı 18 xalla 19-cu pillədə qərarlaşıb.

0 comments

Recent Posts

See All
bottom of page