top of page

Türkiyə kubokunda 1/4 final mərhələsinə adını yazdıran klublar müəyyənləşib

Mərhələnin son oyun günündə 2 matç keçirilib.


"90plus.az" xəbər verir ki, “Ərzurum BB” ilə evdə qarşılaşan “Alanyaspor” 4:1 hesabı ilə qələbə qələbə çalaraq növbəti mərhələyə yüksəlib. Digər görüşdə isə “Fənərbaxça” “Kasımpaşa”nı qəbul edib. Meydan sahibləri minimal hesablı qələbə qazanaraq adını1/4 final mərhələsinə yazdıra bilib. Qeyd edək ki, 1/4 finala adını yazdıra bilən klublar arasında “Antalyaspor”, “Sivasspor”, “Qalatasaray”, “Konyaspor”, “Başakşəhər” və “Beşiktaş” da var. 1/4 və 1/2 final mərhələlərinin püşkatması bu gün keçiriləcək. 1/4 final fevralın 9-11-də, 1/2 final isə martın 17-18-də olacaq.


14 yanvar Türkiyə kuboku, 1/8 final: “Alanyaspor” – “Ərzurum BB” – 4:1 Qollar: Babakar, 14, 57, Kaulker, 24, Davidson, 77, Karakullukçu, 8 “Fənərbaxça” – “Kasımpaşa” – 1:0 Qol: Samatta, 51

bottom of page