top of page

Türkiyə millisinin futbolçuları Bakıda dalaşdılar!


Avro-2020-də uğursuz çıxış edərək turnirlə erkən vidalaşan Türkiyə millisinin düşərgəsində xoşagəlməz anlar yaşanıb.

90plus.az xəbər verir ki, Bakıda İsveçrə yığması ilə keçirilən görüşün son məşqi zamanı futbolçular arasında dava düşüb.

Halil Dərvişoğlu ilə Enes Ünal arasında mübahisə yaranıb. Daha sonra isə futbolçular əlbəyaxa olublar. Onları komanda yoldaşları ayırıb. Halil onu sakitləşdirmək istəyən Cengiz Ündərlə də mübahisə edib. Baş verənlərə əsəbiləşən komandanın çalışdırıcısı Şenol Günəş Halil və Enesi bu səbəbdən İsveçrə ilə dünənki qarşılaşmada meydana buraxmayıb. Xatırladaq ki, A qrupunda İtaliya (0:3), Uels (0:2) və İsveçrəyə (1:3) məğlub olan Türkiyə millisi xal qazanmadan yarışda mübarizəni dayandırıb.

0 comments

Recent Posts

See All
bottom of page