top of page

Türkiyəli futbolçu "Borussiya"ya keçib


Dortmund "Borussiya"sı daha bir futbolçunu transfer etdiyini açıqlayıb. 90plus.az klubun saytına istinadən xəbər verir ki, Almaniya təmsilçisi "Köln"dən Salih Özcanı alıb. 24 yaşlı yarımmüdafiəçi ilə 30 iyun 2026-cı ilə qədər müqavilə imzalanıb. Qeyd edək ki, S.Özcan Almaniyanın bütün yaş qruplarından ibarət gənclər komandalarında oynayıb, 21 yaşadək komandada Avropa çempionu olub. Lakin sonra 2022-ci ilin martında debüt etdiyi Türkiyənin böyüklərdən ibarət millisində oynamağı seçib.

0 comments
bottom of page