top of page

"Təbrizdə koronavirus yoxdur" - Peyman Babayi


"İrana koronavirus gələndən camaat bir-birinə yaxınlaşmır ki, bu xəstəliyə yoluxmasınlar".

90plus.az "Report"a istinadən xəbər verir ki, bu sözləri "Sumqayıt" klubunun iranlı futbolçusu Peyman Babayi deyib. 26 yaşlı hücumçu bildirib ki, valideynlərinin yaşadığı Təbrizdə hələ bu xəstəliyə rast gəlinməyib:

"İranda koronavirusun yayıldığı əsas şəhər Qumdur. Tehran, İsfahan, Save, Şumal kimi şəhərlərdə də bu xəstəliyə yoluxma halları aşkarlanıb.

Xoşbəxtlikdən, Təbrizdə hələ bu cür xəstəlik yoxdur. Hər halda, belə eşitmişəm. İnanıram ki, xəstəliyin miqyası böyüməyəcək və tezliklə də aradan qalxacaq".

Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində koronavirusun yayılması insanların əhval-ruhiyyəsinə mənfi təsir göstərib:

"Əvvəllər bayramdan əvvəl insanlar alış-verişlə, evlərinin təmizliyi ilə məşğul olardılar. Amma indi heç kim çölə çıxmır. Bu virusun bütün ölkələrdə yayılması çox böyük dərddir. Allah hamımızın köməyi olsun. Ümidvaram ki, həkimlər tezliklə bu xəstəliyin də dərmanını tapacaqlar". Təcrübəli forvard Azərbaycan - İran sərhədinin bağlanmasına da münasibət bildirib: "Sərhədlərin bağlanması mənim üçün problem deyil. Açıq olsaydı belə, gedə bilməyəcəkdim. Çünki hazırda Premyer Liqada oyunlarımız var.

İstirahətimiz yoxdur ki, çıxıb gedim. İnsan ilk növbədə, özü-özünə dəyər versə, heç vaxt bu iş olmaz. İnanıram ki, tezliklə sərhədlər açılacaq. Hamımızın arzusu koronavirusun tezliklə insanlardan uzaqlaşmasıdır".

Qeyd edək ki, hazırda Peyman Babayi 7 qolla Azərbaycan Premyer Liqasının ən yaxşı bombardirləri sırasında yer alıb.



0 comments

Recent Posts

See All
bottom of page