top of page

Tərlan Əhmədov: “Məğlubiyyətin əsas səbəbkarı mənəm”

"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 16-cı turunda "Sumqayıt"a uduzduqları matçdan (0:1) sonra mətbuat konfransı təşkil edib:


90plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis görüşün çox ağır keçdiyini deyib: 


"Məğlubiyyət xoş deyil. Məğlubiyyət həmişə acı olur. Bu gün çempionatda ən ağır oyunlarımızdan birini keçirəcəyimizi bilirdik. Kubokda qalib gəldiyimiz komandaya qarşı matç futbolçularda arxayınlıq yarada bilərdi. Ona görə əvvəldən bunu demişdim. 2 futbolçunun olmaması meydançada sxemi dəyişdirmişdi. Zamiq Əliyev və Giorgi Kantariyanın yoxluğunu nəzərdə tuturam. Kantariyanın olmaması səbəbindən orta xəttdə topa nəzarəti itirmişdik. Məğlubiyyət olub və artıq irəli baxmalıyıq. Hər halda hərdən enməlisən ki, qalxa biləsən. Uğurlu çıxışımızın davamını gətirmək istəyirdik. Amma alındıra bilmədik. Məğlubiyyətin səbəbkarı başda mənəm".

0 comments
bottom of page