top of page

“Tətilə çıxdım və batareyalarımı doldurdum” - Haland

"Mançester Siti"nin hücumçusu Erlinq Haland səhhəti barədə danışıb.


90plus.az "Manchester Evening News"a istinadən xəbər verir ki, norveçli hücumçu klubun həkimlərinin sayəsində zədəsini sağaltdığını deyib: "Özümü yaxşı hiss edirəm. Tətilə çıxdım və batareyalarımı doldurdum. Mövsümün ikinci yarısına hazıram. Özümü yaxşı hiss edirəm. Biz qalib gəlirik. Bu heyrətamizdir və bunu etməyə davam etməliyik.


Tibb işçiləri bədənimi qaydaya salmaq üçün çox yaxşı iş gördülər. Problemim var idi, amma indi daha yaxşıyam”


Qeyd edək ki, Haland oktyabrda ÇL-də Dortmund "Borussiya"sına qarşı matçda zədələnmişdi.

0 comments
bottom of page