top of page

Təyyarə qəzasından sağ çıxan ikiqat olimpiya çempionu

Keniyalı atlet, 800 metr məsafəyə qaçış üzrə ikiqat olimpiya çempionu David Rudişa təyyarə qəzasından sağ çıxıb.


90plus.az "Nation" portalına istinadən xəbər verir ki, hadisə Kaciado bölgəsində baş verib.


İçərisində 5 nəfərin olduğu yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində ölən olmayıb. Keniya Atletika İcraiyyə Komitəsinin üzvü Barnaba Korir yaralı sərnişinlərin xəstəxanaya aparıldığını bildirib.


Qeyd edək ki, David Rudişa London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarının qalibidir. 34 yaşlı idmançı 800 metr məsafə üzrə dünya rekorduna sahibdir. O, həm də ikiqat dünya çempionudur.

0 comments
bottom of page