top of page

"Təəssüf ki, bu tatu mənə və ailəmə kədər gətirdi"

Argentina dünya çempionu olandan sonra komandanın lideri Lionel Messinin şərəfinə üzünə döymə etdirən kolumbiyalı azarkeş Maykl Kuinones peşman olub.


90plus.az xəbər verir ki, daha öncə döymə prosesinin fotosunu sosial şəbəkədə paylaşan və 143 000 təqibçi toplayan Maykl düşünmədən atdığı addıma görə üzüldüyün bildirib.


O, sosial şəbəkə hesabında yerləşdirdiyi videoda vəziyyətə belə aydınlıq gətirib:


"Təəssüf ki, bu tatu mənə və ailəmə sevinc yerinə kədər gətirdi. Bir neçə gün öncə atdığım addımla qürurulanırdım. İndi isə çox üzgünəm. Belə etməli deyildim. Bir işi görən zaman sözlərlə bağlı ehtiyatlı olun. Bu, sizin həyatınızı korlaya bilər".


0 comments
bottom of page