top of page

Uğursuz nəticələrdən sonra Almaniyanın çalışdırıcısı: “Bura xoşuma gəlir”


Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann yığmanın son nəticələrini şərh edib.


90plus.az xəbər verir ki, yığma son iki yoldaşlıq görüşündə Türkiyə (2:3) və Avstriyaya (0:2) məğlub olub.


Naqelsmann Almaniya mətbuatına açıqlamasında deyib: “Almaniya millisində işləməyimə peşman deyiləm. Bura xoşuma gəlir. Əlimizdə olan hər şeydən istifadə edərək bu vəziyyətdən çıxış yolu tapmalıyıq. Kədərlənirəm, amma üzülmürəm. Məğlubiyyətlər pisdir. İndi biz daha az danışıb meydanda daha çox iş görməliyik”.

36 yaşlı mütəxəssis bu ilin sentyabrında Almaniya millisini çalışdırır.

0 comments

Recent Posts

See All

Comments


bottom of page