top of page

UEFA 7 klubumuza ödəniş etdi

UEFA Premyer Liqamızda çıxış edən 7 kluba 2021/22 mövsümündə oyunçularının Millətlər Liqasında çıxış etdiyi üçün vəsait köçürüb.


90plus.az AFFA-nın saytına istinadən xəbər verir ki, qitənin ali futbol qurumu ümumilikdə 519 min 578 avro ödəniş edib. Avropa futbol qurumundan ayrılmış müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.


"Qarabağ"a 157 min 337 avro, "Sabah"a 106 min 111 avro, "Sumqayıt"a 98 min 793 avro, "Şamaxı"ya 73 min 180 avro, "Neftçi"yə 58 min 544 avro, "Zirə"yə 21 min 954 avro, "Səbail"ə isə 3 min 659 avro ödənilib.



0 comments
bottom of page