top of page

UEFA Elvin, Julio Romao və “Qarabağ”ın məşqçisinə cəza verib!


UEFA "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevi  1 oyunluq cəzalandırıb.


90plus.az xəbər verir ki, buna 23 yaşlı müdafiəçinin "Braqa"ya qarşı Bakıdakı matçda qırmızı vərəqə alması səbəb olub (2 sarı vərəqə).

E.Cəfərquliyev qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına çox əsəbi reaksiya vermişdi. Buna görə onun 2  oyunluq cəza ala biləcəyi də ehtimal olunurdu. 


Bundan başqa, həmin matçda qırmızı vərəqə alan "Qarabağ"ın məşqçisi Elçin Rəhmanova da 1 oyunluq cəza təyin olunub.

Beləliklə, həm E.Cəfərquliyev, həm də E.Rəhmanov "Bayer"ə (Almaniya) qarşı Bakıda keçiriləcək Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxmalı olacaq. Həmin görüşü Julio Romao da buraxmalı olacaq. Braziliya yarımmüdafiəçi "Braqa" ilə matçda sarı vərəqə alıb. O, ardıcıl iki oyunda aldığı sarı vərəqəyə görə cəzalı duruma düşüb.

0 comments

Comments


bottom of page