top of page

UEFA Millətlər Liqası: Yığmamızın səbəti bilindi!


Dekabrın 16-da UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılacaq.

90plus.az xəbər verir ki, tədbir İsveçrənin Montrö şəhərində keçiriləcək. Əvvəlki mövsümlərdə olduğu kimi A, B və C Liqalarının hər birində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq. C Liqasında yer alan Azərbaycan millisi püşkatmaya 3-cü səbətdən qatılacaq. Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək. Səbətlərin tərkibi A Liqası 1-ci səbət: Fransa, İspaniya, İtaliya, Belçika 2-ci səbət: Portuqaliya, Niderland, Danimarka, Almaniya 3-cü səbət: İngiltərə, Polşa, İsveçrə, Xorvatiya 4-cü səbət: Uels, Avstriya, Çexiya, Macarıstan B Liqası 1-ci səbət: Ukrayna, İsveç, Bosniya və Herseqovina, İslandiya 2-ci səbət: Finlandiya, Norveç, Şotlandiya, Rusiya 3-cü səbət: İsrail, Rumıniya, Serbiya, İrlandiya 4-cü səbət: Sloveniya, Monteneqro, Albaniya, Ermənistan C Liqası 1-ci səbət: Türkiyə, Slovakiya, Bolqarıstan, Şimali İrlandiya 2-ci səbət: Yunanıstan, Belarus, Lüksemburq, Şimali Makedoniya 3-cü səbət: Litva, Gürcüstan, Azərbaycan, Kosovo 4-cü səbət: Qazaxıstan / Moldova, Kipr / Estoniya, Cəbəllütariq, Farer adaları D Liqası 1-ci səbət: Qazaxıstan / Moldova, Kipr / Estoniya, Lixtenşteyn, Malta 2-ci səbət: Latviya, San-Marino, Andorra Millətlər Liqasının təqvimi 1-ci tur: 2 - 4 iyun 2-ci tur: 5 - 8 iyun 3-cü tur: 9 - 11 iyun 4-cü tur: 12 - 14 iyun 5-ci tur: 22 - 24 sentyabr 6-cı tur: 25 - 27 sentyabr Final mərhələsi: 14 - 18 iyun 2023-cü il.

0 comments
bottom of page