top of page

UEFA “Qarabağ”a 84.500 manat cərimə “kəsdi”


UEFA "Qarabağ"a 45.750 avro ( təx. 84.500 manat) məbləğində cərimə təyin edib.


90plus.az xəbər verir ki, qurum Bakıda Portuqaliyanın "Braqa" və Almaniyanın "Bayer 04" komandalarına qarşı Avropa Liqasının oyunlarında yaşananlara görə bu qərarı çıxarıb.


Belə ki, "Köhlən atlar" "Braqa"ya qarşı pley-off mərhələsinin cavab matçında lazer şüalarından istifadəyə görə 8000, təhqir xarakterli təxribatçı mesaj ucbatından 22500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5000, komandanın düzgün olmayan davranışına görə 7500 avro ödəyəcək.


Leverkuzen təmsilçisi ilə 1/8 final mərhələsinin Bakıdakı ilk qarşılaşmasında (2:2) isə azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər. "Qarabağ" bu səbəbdən də 2750 avro ziyana düşüb.


Mənbə: Report

0 comments

Comments


bottom of page