top of page

UEFA səfər qolu qaydalarını ləğv etmək fikrindədir



UEFA Klub Yarışları Komitəsi Avropa turnirləri üçün səfər qol qaydalarını ləğv etmək qərarına gəlib.


90plus.az -ın məlumatına görə, müxbir Martin Ziegler öz Tvitter hesabında bildirib ki, UEFA-nın bu qərarını bütün klublar dəstəkləyib. Dəyişiklik UEFA İcraiyyə Komitəsinin təsdiqindən sonra qüvvəyə minəcək.


Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Futbol Assosiasiyaları Şurası oyunda 5 əvəzetmə qaydasını 2022-ci ilin sonuna qədər uzadıb.

0 comments
bottom of page