top of page

UEFA "Yuventus"u avrokuboklardan uzaqlaşdırdı

İtaliyanın "Yuventus" klubu avrokuboklardan kənarlaşdırılıb.


90plus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi maliyyə feyr-pley qaydalarını pozduğu üçün 2023/2024 mövsümündə Konfrans Liqasında iştirak hüququndan məhrum edilib.


Bu komandanı avrokuboklarda ötən mövsüm A Seriyasını 8-ci pillədə tamamlayan "Fiorentina" əvəzləyəcək.


Həmçinin, "qoca sinyora" 20 milyon avro məbləğində cərimələnib.


Qeyd edək ki, "Yuventus" ötən mövsüm İtaliya çempionatında 7-ci yeri tutub.



0 comments

Comentários


bottom of page