top of page

Ukrayna adına lisenziya qazanan Pərviz: “Evdə uduzmaq olmaz"


Bakıdakı Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Ukraynanın azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov jurnalistlərə açıqlama verib:


"Azərbaycanda bunu bacardığım üçün şadam".


90plus.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan idmançı uğurunun davamını gətirmək istəyir:


"Həyatda asan heç nə yoxdur. Tokioda ikinci olmuşam. Paris olimpiadasında da əlimdən gələni edəcəyəm".


Nəsibov Azərbaycanın bu çəkidəki təmsilçisi Həsrət Cəfərov haqqında onun olimpiadada istənilən rəqiblə mübarizə apara biləcəyini vurğulayıb: "Bu, güləşdir hər şey ola bilər. Həsrət Cəfərovla kənarda dostuq, qardaşıq".


Güləşçi Bakıda doğma azarkeşlər önündə çıxış etməyin onun üçün çətin olduğunu diqqətə çatdırıb: "Burada mənim dostlarım, qardaşlarım var. Evdə uduzmaq olmaz".


Qeyd: Bu gün yunan-Roma növündə heç bir təmsilçimiz olimpiadaya vəsiqə əldə edə bilmədi.

0 comments
bottom of page