top of page

“Qalatasaray” 3 dublla rekord xal qazandı


Türkiyə Super Liqasının 35-ci turunda  "Qalatasaray" 3 futbolçusunun hərəyə bir dubl etməsi ilə böyükhesablı qələbə qazanıb.


90plus.az xəbər verir ki, "Qalatasaray" bu qələbə ilə "Fənərbağça"nın rekordunu qıraraq 96 xalla Super Liqada bir mövsümdə ən çox xal toplayan komanda olub:


Qalatasaray 6 - 1 Sivasspor

H. Ziyech 11', 60’

D. Mertens 38', 73’

Caner 54'

M. Icardi 59', 85’


Qollar:


“Qalatasaray” bu mövsüm:


▪ Super Liqada 23 oyundur məğlubiyyətsizdir;

▪ Doğma meydanda 18/18;

▪ 35 matçdır ki, evdə uduzmurlar;

▪ Super Liqa tarixində bir mövsümdə ən çox xal toplayan komanda;

▪ Super Liqada ardıcıl qalibiyyət rekordu qıran komanda;

▪ Super Liqa tarixində bir mövsümdə ən çox qələbə qazanan komanda;

▪ Bir mövsümdə bütün yarışlarda ən çox qalib gələn komanda!

Mauro Emanuel İkardi:


İnter: 36 matç, 29 qol (2017/18)

Qalatasaray: 43 oyun, 29 qol (2023/24)


▪ Daha 1 qol vursa, karyera rekordunu yeniləyəcək;

▪ Super Liqada son 7 matçda qol vurub;

▪ Hazırda 23 qolla Super Liqanın bombardiridir.


Millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” isə səfərdə “Qaziantep”in qonağı olub:

Qaziantep 1 - 1 Hatayspor

P. Djilobodji 11'

G. Kilama 15'


Qeyd: Renat Dadaşov sona qədər ehtiyatda qaldı! Bu heç-heçə ilə “Hatayspor” 20 komanda arasında 18-ci, “Qaziantep” isə 17-ci pillədə qərarlaşıb. Hər iki klub təhlükəli zonada yer alır.

0 comments
bottom of page