top of page

“Uzun səfərlərdən məmnun olmasam da, rəqiblərimizdən razıyam” - “Bazel”in sahibi

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən “Bazel”in (İsveçrə) sahibi David Degen bu mərhələnin püşkünü dəyərləndirib.

90plus.az xəbər verir ki, o, nau.ch-ya açıqlamasında rəqiblərdən razı qaldığını bildirib:

“Bazel” həmişə beynəlxalq səviyyədə çıxış etməlidir. Uzun səfərlərdən məmnun deyiləm. Amma rəqiblərdən razıyam. Bu komandaları məğlub etmək zəruridir”.

Qeyd edək ki, “Qarabağ” “Bazel”, “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə birlikdə H qrupunda yer alıb. Təmsilçimiz turnirdə ilk matçını sentyabrın 16-sı doğma meydanda məhz İsveçrə klubuna qarşı keçirəcək.

0 comments
bottom of page