top of page

Vüsalın komandasından qələbə, Şeydayevinkindən heç-heçə!


Bu gün Türkiyə 1-ci liqasının 24-cü turunda Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" səfərdə "Keçiörengücü" ilə, Vüsal İsgəndərlinin oynadığı "Boluspor" isə evdə "Erzurum"la qarşılaşıb.


90plus.az xəbər verir ki, Ramilin komandası oyunu 2:2 hesablı bərabərliklə bitirib. Şeydayev matçın 63-cü dəqiqəsində - hesab 1:1 olarkən meydana daxil olub.


Keçiörengücü 2-2 Kocaelispor

(2-ci: Ramil Şeydayevin klubu)


Traore 7'

Cihat Celik 22'

Dembele 76'

Barış Alıcı 90'


Ramil 20 dəqiqə meydanda oldu!


"Boluspor" isə tək qolla qələbə qazanıb:


Boluspor 1-0 Erzurum

(1-ci: Vüsal İsgəndərlinin klubu)


Oulare 50'


Vüsal 45 dəqiqə meydanda oldu və 1 sarı vərəqə aldı.


Qeyd: Hazırda Türkiyə 1-ci Liqasında "Kocaelispor" 44 xalla 3-cü, "Boluspor" isə 7-ci pillədə (6-cı pillə ilə eyni xalı var) qərarlaşıb.

0 comments

Comments


bottom of page