top of page

Vüsal İsgəndərli qol vurdu, komandası lider oldu! VİDEO


Futbol üzrə Albaniya çempionatında 14-cü turun oyunları keçirilir.


90plus.az xəbər verir ki, Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatia" səfərdə "Laçi"nin qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 28 yaşlı vinger 71-ci dəqiqədə meydana daxil olub. O, 79-cu dəqiqədə komandasının ikinci qolunu vurub.


Xallarını 30-a yüksəldən "Eqnatia" turnir cədvəlinin zirvəsində qərarlaşıb.


Qolu aşağıdakı linkdən izləyə bilərsiniz:


0 comments

Comments


bottom of page