top of page

Vadim Vasilyevə yardım etmək lazımdır!!!


Azərbaycan millisinin sabiq üzvü Vadim Vasilyevə yardım etmək lazımdır.


90plus.az xəbər verir ki, o, öz Feysbuk hesabında paylaşım edərək ictimaiyyətdən maddi yardım istəyib.


53 yaşlı keçmiş krçmiş futbolçuya kəskin beyin qan dövranı pozğunluğu, sağ beyin yarımkürəsində işemik insult, hər iki ağciyərlərdə fibrotik dəyişikliklər və plevrit əlamətləri klinik diaqnozu qoyulub.


V.Vasilyev bu gün öz Feysbuk hesabında bank kartının nömrəsini yazıb: 4169 7388 8139 5176 Kapital Bank


Qeyd: V.Vasilyev Azərbaycan millisinin heyətində 33 oyun keçirib və 2 qol vurub. O, karyerası ərzində “Xəzri”, “Bakı Fəhləsi” “Neftçi”, “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib.


Ukraynada legioner həyatı da yaşayan veteran futbolçu “Medita”, “Metallurq” (Donetsk) və “Tavriya” klublarında çıxış edib.

0 comments
bottom of page