top of page

"Vilyareal" - "Liverpul" matçının analizi...


"Liverpul" ilk matçdakı 2-0 qalibiyyətin eyforiyasında az qalmışdı ki, finalı əldən versin


Dünənki matçı sizlər üçün analiz etdik


İlk dəqiqələrdən ona qol lazım olduğu üçün "Vilyareal" təzyiqlə başladı. İlk qola 3 dəqiqə bəs etdiyindən, "Vilyareal"da özünə inam hissi və azarkeş dəstəyi ilə 2-0 etmək o qədər də çətin olmadı demək istərdik ki, amma elə olmadı.


1-ci hissədə enerjisi tükənən "Vilyareal" əslində matçı belə aparıb 80-dən sonra yenə basqı ilə 3-cü qolu, alınmazsa, oyunu penaltilərə aparmaq istəyirdi. Kloppun isə Luiz Diazı oyuna atması hücum etkinliyini artırdı və Fabinyonun və Rullinin "əməyi", 13 dəqiqədə gələn 3 qol hər şeyi həll etdi.


Amma yenə də, göstərdikləri əzmə görə "Vilyareal"a və Unay Emeriyə böyük alqış düşür. Bununla da ispan məşqçi itirdiyi reputasiyanı geri qaytardı....



Cahid Süleymanov

0 comments
bottom of page