top of page

Vinçenso Montella Türkiyə millisinin tarixinə düşdü

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella ölkə futbolu üçün tarixi nəticə göstərib.


90plus.az xəbər verir ki, onun komandası ötən gecə Avro-2024-n seçmə mərhələsində Latviyanı darmadağın edib - 4:0. Bununla da yığma xallarının sayını 16-ya çatdırıb və Avro-2024-ün final mərhələsinə vəsiqə əldə edib. Montella isə Türkiyə millisini Avropa çempionatına aparan ilk əcnəbi mütəxəssis olub. 


Türkiyə millisi daha əvvəl 5 dəfə qitə turnirinin əsas mərhələsinə vəsiqə qazanıb. Komanda 3 dəfə Fatih Terimin, 1 dəfə Mustafa Denizlinin, 1 dəfə Şenol Güneşin rəhbərliyi altında bunu bacarıb.

Qeyd edək ki, Montella sentyabrın 21-də Türkiyə millisinin baş məşqçisi təyin olunub.



0 comments

Recent Posts

See All

Comments


bottom of page