top of page

Vircil van Dayk: “Başladığımız işi yekunlaşdırmalıyıq”

“Liverpul”un və Niderland millisinin müdafiəçisi Vircil van Dayk komandasının AÇ-2024-ün seçmə mərhələsinin 8-ci turunda Yunanıstanla oyunda (1:0) qazandığı qələbə haqda danışıb.


90plus.az BBC-yə istinadən xəbər verir ki, o, matçı belə şərh edib:


“Dəhşətli meydançada oynadıq. Yunanları qovduq və indi iki qələbə sayəsində onları ötdük. Başladığımız işi yekunlaşdırıb Avropa çempionatına vəsiqə qazanmalıyıq. Biz bunu mütləq edəcəyik”.



0 comments

Comments


bottom of page