top of page

Xabi Alonso: “Bu, bizim fərqli xüsusiyyətimizdir”


"Bayer"in baş məşqçisi Xabi Alonso "Hoffenhaym" üzərində çətin qələbəni (2:1) şərh edib.


90plus.az klubun media hesabına istinadən xəbər verir ki, mütəxəssis fərqli xüsusiyyətlərindən danışıb:


"Bizim üçün çox çətin və gərgin oyun oldu. İlk hissədə müəyyən mərhələlərə nəzarət etməkdə bəzi problemlər yaşadıq.  Biz həmişə sona qədər mübarizə aparırıq. Bu, bizim vizit kartımızdır, fərqləndirici xüsusiyyətimizdir. Mən komandamla çox fəxr edirəm".


”Bayer Leverkuzen” ❝addım-addım❞ çempionluğa gedir: Xal fərqi 13!


Bundesliqa - Turnir cədvəli:


1 Bayer Leverkuzen - 73 xal

2 Bayern Münhen - 60 xal

3 Ştutqart - 56 xal (1 matç əskik)

4 Borussiya Dortmund - 53 xal


Qalan 7 həftədə 4 qələbə qazansa, digər nəticələrdən asılı olmayaraq çempion olacaq.


"Bayer Leverkuzen" artıq UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı.



0 comments

Comments


bottom of page