top of page

Xabi Alonso rekorda imza atdı

Almaniya Bundesliqasının 9-cu turunda "Frayburq"u məğlub edib (2:1) "Bayer"in baş məşqçisi Xabi Alonso rekorda imza atıb.


90plus.az xəbər verir ki, Leverkuzen təmsilçisi çempionatda ardıcıl 8-ci qələbəsini qazanıb.


"Opta"nın məlumatına görə, Alonso "Bayer" Bundesliqaya yüksəldikdən sonra (1979-cu il) belə nəticə əldə edən ilk məşqçi olub. O, Klaus Topmellerin 2001-ci ildəki və özünün ötən mövsümkü rekordunu (7 ardıcıl qələbə) qırıb.


Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Bayer" Bundesliqada 25 xalla liderdir. Komanda qrup mərhələsində keçirdiyi hər 3 oyunda da qalib gələrək 9 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.



0 comments

Comments


bottom of page