top of page

Xabi Alonsonun “Bayer”i məğlub olmağı unudub


Xabi Alonsonun “Bayer Leverkuzen”i ardıcıl məğlubiyyətsiz oyunlara görə tarix yazır.


90plus.az xəbər verir ki, klub 2011/2012 mövsümündə ardıcıl 43 matçda uduzmayan “Yuventus”un rekordunu qırdı, Top-5 liqaların komandaları arasında 44 oyunda məğlub olmayan ilk klub oldu.


Xabi Alonso rəhbərliyi altında “Bayer Leverkuzen” bu mövsüm bütün yarışlarda:


44 matç

38 qələbə

6 heç-heçə.


Vurulan qollar: 124

Buraxılan qollar: 32.


“Bayer” bu mövsüm Bundesliqa çempionu oldu. UEFA Avropa Liqasında yarımfinala vəsiqə qazanıb.

Almaniya Kuboku finalındadır.


Amma "Bayer"in oyunu Alonsonu qane etməyib: 


“Vest Hem"ə çox güclü təzyiq göstərmək istəyirdik. Rahat oynamadıq, öz oyunumuzu tapa bilmədik. Düzünü desəm, ilk hissədə rəqib daha yaxşı idi. Özümüzü narahat hiss edirdik. İkinci və ya üçüncü qolu buraxmamağımız çox vacib idi. Etiraf etməliyik ki, ingilislər bizdən daha yaxşı oynadılar. Xoşbəxtlikdən, fasilədə gedişatı dəyişdik. Yolumuza davam etdiyimiz üçün xoşbəxtəm. Avropa Liqasında həmişə belə çətin anlar olur”.


Qeyd: 1/4-də “Vest Hem”i turnirdən kənarlaşdıran (ü.h: 1-3) “Bayer” Avropa Liqasının 1/2 finalında “Roma” ilə üz-üzə gələcək.

0 comments

Recent Posts

See All
bottom of page