top of page

Xames Rodriqes Braziliya klubuna keçdi

Məşhur kolumbiyalı futbolçu Xames Rodriqesin yeni klubunun adına aydınlıq gəlib.


90plus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Braziliyanın "San Paulo" komandasına keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kolumbiya millisinin üzvü ilə 2025-ci ilin yayına kimi müqavilə imzalanıb.


Qeyd edək ki, Xames Rodriqes karyerası ərzində "Portu", "Monako", "REal", "Everton" "Bavariya" kimi komandaların formasını geyinib. Onun son klubu "Olimpiakos" olub. Xames Yunanıstan təmsilçisindən bu ilin aprel ayında ayrılıb.



0 comments

Commenti


bottom of page