top of page

Xanım Hüseynova qızıl medal qazanıb!


Azərbaycan paracüdoçusu Xanım Hüseynova Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-pri turnirində qızıl medal qazanıb.


90plus.az xəbər verir ki, turnirdə 70 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz bütün rəqiblərini məğlub edəcək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Qeyd edək ki, turnirdə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (+90 kq) və Namiq Abaslı (73 kq) da qalib olublar.

0 comments
bottom of page