top of page

Xavi çempionluq şanslarının çətinə düşdüyünü etiraf edib!


"Barselona"nın çalışdırıcısı Xavi La Liqada "Qranada" ilə heç-heçə (3:3) etdikləri matç barədə fikir bildirib.


90plus.az xəbər verir ki, mütəxəssis La Liqanın qalibi olmaq şanslarının az olduğunu etiraf edib:


"Komandada inam, cəsarət və istək var idi, lakin təəssüf ki, bu kifayət etmədi. "Jirona" ilə fərqi aradan qaldırmaq və çempionluq yarışında qalmaq şansımız oldu, amma işlər daha da pisləşdi. "Qranada"nı bu matça görə təbrik edirəm. Onlarla təhlükəli anlar yaşadıq. Hətta matçdan əvvəl də La Liqanın qalibi olmaq çox çətin görünürdü, amma indi daha da çətinləşdi”.


Hazırda "Barselona" İspaniya çempionatının turnir cədvəlində 51 xalla 3-cü pillədə qərarlaşır. Komanda lider "Real"dan 10 xal geri qalır. "Qranada" isə 13 xalla 19-cudur.

0 comments

Recent Posts

See All

Comments


bottom of page