top of page

Xavi: "Biz ona şans verməliyik"

“Barselona”nın baş məşqçisi Xavi komandanın hücumçusu Ferran Torresin digər oyunçular üçün nümunə olduğunu söyləyib.


90plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi, Torreslə bağlı düşüncələrini belə ifadə edib:


“Biz ona şans verməliyik. O, təkbaşına vəziyyəti döndərə bildi. Onun təsiredici mentaliteti var. Torres hamı üçün nümunədir”.


23 yaşlı futbolçu 2022-ci ildən “Barselona”da oynayır. O, Kataloniya klubunda 71 oyuna çıxıb, 14 qol vurub və 9 məhsuldar ötürmə edib.



0 comments

コメント


bottom of page