top of page

“Xavi mənə çirkin mesajlar göndərib” deyən jurnalist məhkəmədə cavab verəcək


"Barselona"nın baş məşqçisi Xavi "El Laguero" nəşrinin jurnalisti Manuel Yabosu böhtan ittihamı ilə məhkəməyə verib.


90plus.az xəbər verir ki, buna səbəb sözügedən jurnalistin mütəxəssis haqqında böhtan fikirlər səsləndirməsi olub.


Dekabr ayında Ramon Besa adlı bir jurnalist Çempionlar Liqasının qrup mərhələsində Belçikada "Royal Antverpen"ə məğlubiyyətdən sonra Barsanı "Avropanın təlxəyi" adlandıraraq bir məqalə yazıb. Yabos proqramda həmin məqaləni müzakirə edərkən Xavinin ona tənqid dolu özəl mesaj göndərdiyini iddia edir. Jurnalist verilişdə: “Bəli, məni bir dəfə tənqid ediblər, özəl olaraq, Xavi olub. Mən bunu tam açıqlamaq istəmirəm, çünki bu, şəxsi, mesaj vasitəsilə və olduqca çirkin bir sıra mesajlar və başqa şeylər göndərdi. O, hər şeyi qazanıb deyə qələbənin onu toxunulmaz etdiyini düşünür".


Xavi tərəfi isə “Barsa”nın baş məşqçisinin bu jurnalistlə heç vaxt danışmadığını, onu tanımadığını və hətta telefon nömrəsini bilmədiyini deyir.


Beləliklə, Manuel Yabosun yazılarını və fikirlərini tamamilə yalan və təhqir hesab edən Xavi qanuni addım atmaq qərarına gəlib.


Mənbə: Tribuna.com

0 comments
bottom of page