top of page

Xavi “Napoli” ilə oyundan iddialı danışıb


"Barselona"nın çalışdırıcısı Xavi Çempionlar Liqasının 1/8 final mərhələsində "Napoli" ilə ilk oyundan gözləntiləri barədə danışıb.


90plus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, mütəxəssis 1/4 finala adlamaq üçün var gücləri ilə çalışacaqlarını bildirib:


“Napoli” güclü rəqibdir. Yaxşı müdafiə olunmaq və əks-hücumlara imkan verməmək bizim üçün prinsipialdır. Çətin oyun olacaq. Bundan sonra nə olacağını düşünmürük. Əsas məqsədimiz 1/4 finala adlamaqdır. Komandada birlik yaxşıdır. O cümlədən prezident Joan Laportadan və Dekudan, paltardəyişmə otağındakı mühitdən razıyam.

Biz həmişəki kimi meydana qələbə üçün çıxacağıq. Çünki biz “Barselona”yıq. “Barselona” üçün heç-heçə yaxşı nəticə deyil”.


Qeyd:  "Napoli" - "Barselona" oyunu bu gün saat 00:00-da başlayacaq.  Cavab görüşü isə martın 12-də olacaq.

0 comments
bottom of page