top of page

Xavi: “Onlar böyük tərifə layiqdirlər”

“Barselona”nın baş məşqçisi Xavi “Sevilya” üzərində qələbədən (1:0) sonra komandasının gənc futbolçularının çıxışını şərh edib.


90plus.az "Football Espana”-ya istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis gənc oyunçularını tərifləyib:


“Gənc futbolçuların necə oynadığını, fərq yaratdığını və qol vurduğunu görmək xoşdur. Balde, Qavi, Fermin, Lamin – məncə, onların hamısı əla iş görürlər, bu, məni qürurlandırır. Onlar böyük tərifə layiqdirlər. 20 yaşında olan Pedrini də qeyd etmək lazımdır. Bu oyunçular 18 yaşlarında “Barselona”nın futbolçusu oldular. Klubdakı vəziyyəti nəzərə alsaq, akademiya öz işini görür. Bu, akademiyanın yaxşı işlədiyinə işarədir”.



0 comments
bottom of page