top of page

Xavyer Tebas: “Bu, iqtisadi problem deyil, icra məsələsidir”

La Liqanın prezidenti Xavyer Tebas İspaniya çempionatında avtomatik qol aşkarlama sistemindən istifadə edilməməsi ilə bağlı yaranmış vəziyyəti şərh edib.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, Tebas illərdir qol xətti kamerasından istifadə etdiklərini söyləyib:


“Biz uzun illərdir qol xətti kamerasından istifadə edirik. Bu, iqtisadi problem deyil, icra məsələsidir. Bu sistemdə bəzi səhvlər var, o mükəmməl deyil və biz onu inteqrasiya etməyi planlaşdırmırıq”.

Xatırladaq ki, bir müddət əvvəl “Selta”nın baş məşqçisi Rafael Benites İspaniya çempionatında avtomatik qol aşkarlama sistemindən istifadə edilməməsini tənqid etmişdi.



0 comments

Comments


bottom of page