top of page

Xorvat qoleador Almaniyanı İtaliyaya dəyişdi

Xorvatiya millisinin hücumçusu Yosip Brekalo karyerasını İtaliyada davam etdirəcək. 


90plus.az xəbər verir ki, o, "Fiorentina"ya keçib.


Bunu futbolçunun özü "Instagram"da paylaşımı ilə təsdiqləyib.


"Volfsburq"la müqaviləsinin müddəti yayda başa çatacaq futbolçu üçün İtaliya klubu almanlara təxminən bir milyon yarım avro təzminat ödəyəcək, Brekalo isə qarşıdakı üç il yarım ərzində hər mövsümdə iki milyon avro qazanacaq.

0 comments
bottom of page