top of page

Yan Sommer "Bavariya"ya keçməyə yaxındır

Münhenqladbax "Borussiya"sının qapıçısı Yan Sommer "Bavariya"ya keçməyə yaxındır.


90plus.az Almaniya mətbuatına istinadən xəbər verir ki, tərəflər 2025-ci ilin yayına qədər hesablanacaq müqavilənin detallarını müzakirə edirlər. İsveçrə millisinin üzvü özü də "Bavariya"ya keçmək istəyir.


Xatırladaq ki, Münhen klubunun əsas qapıçısı Manuel Noyerin tətil zamanı xizək sürərkən ayağı sınıb. O, 2022/2023 mövsümünün sonuna kimi oynaya bilməyəcək.


Qeyd edək ki, Sommer 2014-cü ilin yayında "Borussiya"ya keçib. O, bu mövsüm 11 oyunda 14 qol buraxıb.



0 comments
bottom of page