top of page

“Yaxşı qurtardıq düşüncəsi bizlik deyil” Azər Bağırov


"Araz-Naxçıvan" Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.


90plus.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


- Çətin oyun oldu. Son üç gündə demək olar ki, məşqşi heyəti olaraq stressdəydik. Qrip virusuna yoluxmuşduq. Çətinliklərimiz oldu. Orta xətt bu gün bizi qane etdi. Əsasən də irəliyə oynayan futbolçularımız.

- Say üstünlüyünə malik idiz, amma qalib gələ bilmədiz. Buna görə üzgünsüz?

- İstəyərdik ki, qalib gələk. Amma alınmayanda, alınmır. Hücumda olan gedişlar alınmadı. Üzülməyə dəyməz. Hər şey irəlidədir, heç nə bitməyib. İkinci hissə Qəbələdə olacaq.

- Kubokdakı bombardiriniz Aksel Nqando şans qazanmır. Rəqabətdə uduzur?

- Rəqabət məsələsi deyil. Akselin meydanı yaxşı görmək qabiliyyəti var. Monoton oyunçudur, amma çox ağıllı görür. Ona güvənirəm. 

- "Qarabağ" "Sabah"ı 7:1 hesabı ilə məğlub etdi. Bir müddət əvvəl siz "Qarabağ"a 1:3 uduzmuşduz. Dünənki matçdan sonra düşündünüz ki, yaxşı qutarmısız?

- Yox, belə düşünmürəm. Əlbəttə ki, futbolda 6:1, 7:1 nəticələri də ola bilər. "Qarabağ"a qarşı üç oyun keçirmişik və futbolçular hamısında vuruşublar. Son matçda da Orxan epizodu vursaydı, başqa cür ola bilərdi. Futboldur da, şanssızlıq da yaşayırsan. Şanslı vaxtlarımız qarşıdadır. Bu gün də penaltini vursaydıq, oyun fərqli məcrada keçərdi. Yaxşı qurtardıq düşüncəsi bizlik deyil.

- Finala qədər "Neftçi" və "Qarabağ"la rəqib olmayacaqsız. Özünüzü şanslı hesab edirsiz?

- Heyətimiz geniş deyil. Oyundan-oyuna komandanı daha yaxşı etmək istəyirik. Düşüncələrimiz oyunlar, nəticə qazanmaqdır. Hər matça nəticə üçün çıxırıq. (Sportal.az)

0 comments

コメント


bottom of page