top of page

”Yaxşı oynasaydıq, onları 4:0 udardıq” Toni Kroos


Toni Kroos sonuncu “El-Klassiko” haqqında danışıb.


90plus.az xəbər verir ki, alman yarımmüdafiəçi komandasının oyunundan razı qalmayıb:


"Düzünü desəm, bu “El Klasiko” elə də yaxşı keçmədi. Hər iki komanda yaxşı oynamadı. Həqiqətən yaxşı oynasaydıq, onları 4:0 hesabı ilə məğlub edərdik”.


ƏLAVƏ: Toni Kroos Ançelotti barədə maraqlı əhvalat danışıb:


"Ançelotti paltardəyişmə otağında demişdi ki, "Malyorka"ya qarşı oyunu qazansaq, liqa bizim olacaq".


"Malyorka" ilə oyundan sonra dedi ki, "uşaqlar, sizə yalan dedim. Gələn həftə qalib gəlsək, işimiz bitir".


"El Klasiko"dan sonra isə dedi ki, "Birinci, təbriklər. İkinci, "Real Sosyedad"a qalib gəlsək, hər şey həll olunacaq. Üçüncüsü, iki günlük istirahət verirəm".

0 comments
bottom of page