top of page

Yeni rəhbər “Çelsi”də “zadəganlıq” qoymadı… Araşdırma


Amerikalı iş adamı Todd Boeli 2022-ci ildə gəlişi ilə “Çelsi”də uğursuzluq zolağının başlanğıcını qoydu.


90plus.az araşdırıb ki, Çempionlar Liqasını qazandıran baş məşqçi Tomas Tuxelu 100 günündə qovdu.


Yerinə “Brayton”un məşqçisi Qrem Potter gətirildi. Onu da qovdu, əvəzində Lempardı 5 matçlıq gətirdi… Lemparddan sonra isə Maurisio Poçettino…


Və Poçettinonun rəhbərliyi altında “Çelsi”nin qazancı bunlar idi


FA Kuboku: yarımfinalda "Siti"yə uduzdu;

EFL Kuboku: finalda “Liverpul”a uduzdu;

Premyer Liqa: 9-cu yer.


 Rəqibləri “Arsenal”a 0-5 hesablı tarixi məğlubiyyəti “daddı”.


Bu mövsüm “Zadəganlar” 57 qol buraxıb ki, bu da onların Premyer Liqa tarixində anti-rekordu sayılır.


“Çelsi” üçün İngiltərədə daha bir kuboksuz mövsüm isə davam edir.


Qeyd: Roman Abramoviçin prezidentliyi dövründə “Çelsi” 21 kubok qazanıb.


Müəllif: Turan

0 comments
bottom of page