top of page

Yurgen Klinsmann bu milliyə baş məşqçi təyin olundu

Cənubi Koreya millisinə yeni baş məşqçi təyin olunub.


90plus.az Cənubi Koreya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 58 yaşlı alman məşqçi Yurgen Klinsmann ilə 3,5 illik müqavilə imzalanıb.


Əvvəllər Almaniya və ABŞ milli komandalarını, həmçinin “Bavariya” və “Herta Berlin” klublarını çalışdırmış Klinsmann Kanada, Meksika və Kanadanın birgə təşkil edəcəyi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsində Cənubi Koreyaya rəhbərlik edəcək.


Futbolçu karyerası ərzində 1990-cı ildə Almaniya ilə Dünya Kubokunu qazanan Yurgen Klinsmann milli forma ilə 108 matçda 47 qol vurub.


Xatırladaq ki, DÇ-2022 -dən sonra Cənubi Koreya millisi portuqaliyalı baş məşqçi Paulo Bento ilə yollarını ayırıb.


0 comments
bottom of page